Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Türkiyəli bloqer Ermənistanda başına gələn hadisələrdən DANIŞDI
Türkiyəli bloqer Mert Aktaş 7 ildir dünyanı gəzir və sosial şəbəkələr üçün səyahət videoları hazırlayır.
44 ölkəyə səfər edən Mert deyir ki, bir neçə həftə əvvəl Ermənistana gedib.
Bloqerin paytaxt İrəvan və Gümrüdə başına gələnlər, ermənilərin türklərə olan nifrəti onu çox məyus edib. Hətta səyyah dinc şəkildə ətrafı çəkib izləyicilərinə Ermənistan barədə məlumat verərkən sivil polislərin sərt reaksiyasına da məruz qalıb.
"Orada "Azərbaycan" demək böyük problemdir. İnsanlar çox sərt reaksiya verirlər. Əlimdə kamera çəkiliş edirdim. Yanımdan sivil polis keçirmiş. Mənim azərbaycanlı olduğumu düşünüb. "Niyə məni sorğuya çəkirsən? Türklərə nifrət edirsən?" deyə soruşdum? O da "bəli" dedi", - Mert Aktaş bildirib.
Yaşadıqlarından sonra bloger bir daha Ermənistana səfər etməməyə qərar verib. Mert Aktaş Ermənistandan sonra Azərbaycana gəlib.
Artıq 3 həftədir ölkəmizdədir. Burada özünü evindəki kimi hiss etdiyini deyir.
Bakıda və regionlarımızda göstərilən isti münasibətdən olduqca məmnundur. Blogerin növbəti dayanacağı isə işğaldan azad edilən ərazilərimiz olacaq. O, yaxın günlərdə Şuşaya səfər edərək gördüklərini çəkib izləyiciləri ilə paylaşacaq.
Ətraflı Baku TV-nin süjetində:
"Baku TV" teqi üzrə xəbərlər
- Sumqayıtda partlayış baş vermiş binanın sakinlərinə kirayə haqqı veriləcək?
- Xronika: Ayıbasan, Ayıdərəsi, Ayılı xaraba, Aynazur, Aynaxlı, Ayrım - türk tarixinin izi
- Cərimələrdən yığılan pullar hara xərclənir?
- Ayaqları çürüyən Mahir Cürətin SON HALI
- "Əsədin qəssabxanası" adını alan ölüm düşərgəsi - Xəbərlərin 20:00 buraxılışı