Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Türkiyənin bərpaolunan enerji investisiyaları beynəlxalq maraq doğurur
"Türkiyənin bərpaolunan enerji investisiyaları beynəlxalq səviyyədə maraq doğurur".
Oxu.Az "Haber Global"a istinadən xəbər verir ki, bunu Türkiyə İnkişaf və İnvestisiya Bankının baş direktoru İbrahim Öztop BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) sualları cavablandırarkən deyib.
"İnkişaf etməkdə olan ölkələrdə xüsusilə beynəlxalq inkişaf banklarının nümunə göstərdiyi bir ölkəyik. Bizə qarşı çox ciddi maraq var", - Öztop bildirib.
O, COP29-un xüsusilə ətraf mühit iqtisadiyyatı sahəsində çoxsaylı səlahiyyətli şəxsləri və mütəxəssisləri bir araya gətirən mühüm tədbir olduğunu bildirib.
Öztop, həmçinin Türkiyənin İnkişaf İnvestisiya Bankı olaraq Dünya Bankı və Asiya İnfrastruktur İnvestisiya Bankı kimi qurumlardan investisiya üçün mənbə tapmağa çalışdıqlarını qeyd edib.
O bildirib ki, xarici səlahiyyətlilərlə keçirdikləri görüşlərdə Türkiyənin maraq doğurduğunu görüb.
Öztop bir müddət əvvəl Beynəlxalq Valyuta Fondu (BVF) və Dünya Bankının toplantılarında iştirak etdiklərini vurğulayıb.
Bankın baş direktoru xarici səlahiyyətlilərin Türkiyədəki yaşıl transformasiya prosesi ilə yaxından maraqlandığını ifadə edib.
Öztop Türkiyədəki makroiqtisadi inkişafın da əhəmiyyət kəsb etdiyini və yaşıl enerji sahəsində özünü təsdiq etdiyini vurğulayıb.
"Türkiyə" teqi üzrə xəbərlər
- Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salınıb
- Ərdoğan: "Suriyanı tək qoymayacağıq, Hakan Fidan tezliklə Suriyaya yollanacaq"
- Türkiyədə arvadını qətlə yetirən şəxsdən dəhşətli etiraf: "Oğlumun şalvarı ilə boğdum"
- Ərdoğanla Pezeşkian Qahirədə görüşdülər
- Hakan Fidan Türkiyə ordusunun Suriya ərazisindən çıxmaq şərtini açıqladı