Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Hakan Fidan və Ceyhun Bayramov mətbuata birgə açıqlama veriblər
Bakıda səfərdə olan Türkiyənin xarici işlər naziri Hakan Fidan Azərbaycan Xarici İşlər Nazirliyində olub.
Oxu.Az xəbər verir ki, Hakan Fidan azərbaycanlı həmkarı Ceyhun Bayramovla birlikdə mətbuata birgə açıqlamalar veriblər.
Bakıda səfərdə olan Türkiyənin xarici işlər naziri Hakan Fidan azərbaycanlı həmkarı Ceyhun Bayramovla birlikdə Xarici İşlər Nazirliyində mətbuata birgə açıqlamalar verirlər.
Oxu.Az Baku TV-yə istinadən mətbuat konfransından canlı yayımı təqdim edir:

Daha çox foto burada: PhotoStock.az
Bakıda səfərdə olan Türkiyənin xarici işlər naziri Hakan Fidan azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşüb.
Live from the Ministry: Minister of Foreign Affairs of the Republic of #Azerbaijan @Bayramov_Jeyhun welcomes the Minister of Foreign Affairs of the brotherly Republic of #Türkiye @HakanFidan @AzerbaijanMFA on the sidelines of the latter’s visit to Azerbaijan. pic.twitter.com/ZCIixtvhMC
— MFA Azerbaijan 🇦🇿 (@AzerbaijanMFA) January 18, 2025
Oxu.Az xəbər verir ki, Azərbaycan və Türkiyə XİN rəhbərlərinin təkbətək görüşü başlayıb.
Happening now: Tête-à-tête meeting between the Minister of Foreign Affairs of the Republic of #Azerbaijan @Bayramov_Jeyhun and the Minister of Foreign Affairs of the Republic of #Türkiye @HakanFidan has just started @AzerbaijanMFA. pic.twitter.com/yKzLbcijVg
— MFA Azerbaijan 🇦🇿 (@AzerbaijanMFA) January 18, 2025
Türkiyənin xarici işlər naziri Hakan Fidan Azərbaycana gəlib.
Oxu.Az-ın məlumatına görə, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Qeyd edək ki, Hakan Fidanın Bakıda Azərbaycan Prezidenti İlham Əliyev və xarici işlər naziri Ceyhun Bayramov ilə görüşü planlaşdırılır.
Görüşlər zamanı ikitərəfli siyasi, hərbi, iqtisadi, ticarət, nəqliyyat və enerji məsələləri müzakirə mövzusu olacaq.
Hakan Fidanın, həmçinin, həmkarı Ceyhun Bayramov ilə Azərbaycan-Ermənistan sülh prosesi başda olmaqla, Suriya, Qəzza və Ukraynadakı vəziyyət, o cümlədən yaxın regionda baş verən hadisələr və qlobal problemlər ətrafında da fikir mübadiləsi aparacaqları gözlənilir.
"Hakan Fidanın Azərbaycan səfəri" teqi üzrə xəbərlər
- XİN başçısı: "Türkiyə olaraq Qəzzaya əlimizdən gələn dəstəyi göstərəcəyik"
- Xarici işlər naziri: "Ən qısa zamanda müvəqqəti işlər vəkilimiz Suriyaya gedəcək"
- Hakan Fidan: "Azərbaycan, Türkiyə və Özbəkistan Ankarada üçtərəfli görüş keçirəcəklər"
- Hakan Fidan: "Əməkdaşlığımızı fərqli regionlarda üçlü və dördlü formatlarda davam etdirəcəyik"
- Ceyhun Bayramov: "Türkiyənin Suriyanın yeni hakimiyyətinə dəstəyi mühüm əhəmiyyət kəsb edir"