Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
XİN başçısı: "Türkiyə olaraq Qəzzaya əlimizdən gələn dəstəyi göstərəcəyik"
"15 aydır davam edən qətliamın dayanması bizim üçün önəmlidir".
Oxu.Az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan azərbaycanlı həmkarı Ceyhun Bayramov ilə Bakıda keçirilən birgə mətbuat konfransında deyib.
O bildirib ki, xüsusən də uşaq, qadın, jurnalistlərin, humanitar yardım gətirənlərin fərq qoyulmadan öldürülməsi əsl faciədir:
"Ona görə də atəşkəsin əldə olunması yardımların Qəzzaya çatdırılması, fələstinlilərin evlərinə geri qayıtması, çadırlarda qalanların ehtiyaclarının qarşılanması baxımından mühümdür. Biz də Türkiyə olaraq əlimizdən gələn dəstəyi göstərəcəyik".
Mərahim Nəsib
"Hakan Fidanın Azərbaycan səfəri" teqi üzrə xəbərlər
- Xarici işlər naziri: "Ən qısa zamanda müvəqqəti işlər vəkilimiz Suriyaya gedəcək"
- Hakan Fidan: "Azərbaycan, Türkiyə və Özbəkistan Ankarada üçtərəfli görüş keçirəcəklər"
- Hakan Fidan: "Əməkdaşlığımızı fərqli regionlarda üçlü və dördlü formatlarda davam etdirəcəyik"
- Hakan Fidan və Ceyhun Bayramov mətbuata birgə açıqlama veriblər
- Ceyhun Bayramov: "Türkiyənin Suriyanın yeni hakimiyyətinə dəstəyi mühüm əhəmiyyət kəsb edir"