Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Türkmənistan səfiri dünyadakı mövcud böhrandan çıxış yolunu təklif etdi
"Türkmənistan hər zaman konstruktiv dialoqun aparılmasının tərəfdarı olub və dünyada, regionda sülhün qorunması üçün beynəlxalq təşkilatlar çərçivəsində müxtəlif təşəbbüslərlə çıxış edir".
Oxu.Az xəbər verir ki, bu fikirləri "Azərbaycan Respublikası ilə Türkmənistan Respublikası arasında çoxşaxəli əməkdaşlıq: nailiyyətlər və perspektivlər" mövzusunda keçirilən tədbirdə Türkmənistan Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Qurbanməmmet Elyasov deyib.
O bildirib ki, hazırkı şəraitdə bitərəf dövlət kimi, Türkmənistan mövcud böhrandan çıxmaq üçün beynəlxalq səylərin birləşdirilməsi və bunun üçün uyğun siyasi və diplomatik imkanların formalaşdırılması istiqamətində tədbirlərin görülməsinin tərəfdarıdır:
"Türkmənistanın beynəlxalq əməkdaşlıq siyasətinin əsas istiqamətlərindən biri də qardaş Azərbaycan Respublikası ilə əlaqələrin ardıcıl şəkildə möhkəmləndirilməsidir. Ölkələrimiz arasında münasibətlər siyasi, iqtisadi, nəqliyyat və logistika, neft və qaz sahələrində yüksələn xətlə inkişaf etməkdədir. Azərbaycanın beynəlxalq platformalarda Türkmənistanın təşəbbüslərini dəstəkləməsi faktını yüksək qiymətləndiririk və bunu dəyərləndiririk. Azərbaycan bizim üçün qardaş ölkədir, qardaş xalqdır və biz bütün mövcud potensialdan istifadə edərək əlaqələrimizi ardıcıl olaraq gücləndirəcəyik".
Məhərrəm Əliyev
"Türkmənistan" teqi üzrə xəbərlər
- Rəşid Meredov: "İnformasiya texnologiyaları sahəsində əlaqələrin genişləndirilməsi vacibdir"
- BMTM-də Azərbaycan-Türkmənistan münasibətləri ilə bağlı elmi-praktik simpozium keçirilib
- Türkmənistan enerji ehtiyatlarının Azərbaycan ərazisi ilə nəql imkanlarını qiymətləndirir
- Qurbanməmmet Elyasov: "Tərəfdaşlığın yeni perspektiv sahələrini tapmaq lazımdır"
- Samir Şərifov: "Azərbaycan və Mərkəzi Asiya ölkələrini qarşılıqlı münasibətlər bağlayır"