Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

TÜRKPA-nın Baş katibi: “İnanırıq ki, Nuru Paşanın, Vətən Müharibəsi şəhidlərinin ruhu şaddır”
“Azərbaycan 44 günlük Vətən Müharibəsində qəhrəmanlıq göstərib və ərazi bütövlüyünü bərpa edib”.
APA xəbər verir ki, bunu Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Baş katibi Mehmet Süreyya Eri Qafqaz İslam Ordusunun komandanı Nuru Paşanın vəfatının 75-ci ildönümü ilə əlaqədar Bakıda keçirilən tədbirdə deyib.
Baş katib Türkiyə-Azərbaycan münasibətlərinin möhkəm bağlara sahib olmasını vurğulayıb.
“Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə qardaşlığının yeni mərhələsinin əsasını qoyub. Bu gün inanırıq ki, Nuru Paşanın, Qafqaz İslam Ordusu şəhidlərinin, Vətən Müharibəsi şəhidlərinin ruhu şaddır. Xalqımız onları unutmayacaq, həmişə xatırlayacaqdır”, - o əlavə edib.
"Şuşa" teqi üzrə xəbərlər
- Daxili Qoşunların yaranmasından 33 il ötür
- Firudin Qurbanov: "STEAM Azərbaycan" layihəsi Laçın, Zabux və Şuşa məktəblərində baş tutacaq"
- Şuşa əməliyyatı ilə bağlı film: Çəkilişlər harada və nə zaman başlayır? - ÖZƏL
- Siyasi partiya nümayəndələri, politoloq və digər ekspertlər azad olunan ərazilərə səfər ediblər
- "Report" İnformasiya Agentliyi Firidun bəy Köçərli mükafatına layiq görülüb