Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Üç yaşına qədər olan uşaqların müavinəti artırıla bilər - Prezident tapşırığı
Yaxın zamanlarda üç yaşına qədər olan uşaqlara verilən sosial müavinətlərin artırılması məsələsinə baxıla bilər.
Oxu.Az xəbər verir ki, bu sözləri Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında komitə sədri Hadi Rəcəbli deyib.
Millət vəkili qeyd edib ki, bununla bağlı prezident İlham Əliyev tapşırıq verib:
“Müvafiq qurumlar bu məsələ üzərində işləyirlər”.
“Özünüz də görürsünüz ki, son iki ay ərzində ölkədə sosial müdafiə istiqamətində hansı inqilabi proseslər yaşanır. Əməkhaqlarının, pensiyaların, sosial müavinətlərin, təqaüdlərin artırılması, həmçinin, problemli kreditlər məsələsinin və digər məsələlərin həlli məhz bu tarixi, inqilabi proseslərin tərkib hissəsidir”, - deyə H.Rəcəbli əlavə edib.
Kamil Həmzəoğlu