Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Ukrayna 35 milyard avro məbləğində kreditə imza atdı
Ukrayna Avropa İttifaqı (Aİ) ilə Kiyevə 35 milyard avro məbləğində yardımın cəlb edilməsi barədə kredit sazişi imzalayıb.
Oxu.Az-ın məlumatına görə, bu barədə Ukrayna Maliyyə Nazirliyinin saytında məlumat verilib.
"Ukrayna maliyyə naziri Sergey Marçenko Ukrayna ilə Aİ arasında 35 milyard avroya qədər makromaliyyə yardımının cəlb edilməsi barədə anlaşma memorandumu və kredit sazişini imzalayıb", - deyə məlumatda qeyd olunur.
Bildirilir ki, vəsaitlər Yeddilik Qrupunun (G7) Ukraynanın Fövqəladə Gəlirlərin Sürətləndirilməsi təcili kreditləşmə proqramı üzrə təşəbbüsünün bir hissəsidir.
Noyabrın 28-də bu təşəbbüs çərçivəsində Kiyev artıq 18.1 milyard avro alıb. Ukrayna Maliyyə Nazirliyi əlavə edib ki, makromaliyyə yardımının yekun məbləği təşəbbüsün bütün tərəflərinin kredit məbləğləri təsdiqləndikdən sonra müəyyən ediləcək.
"Ukrayna" teqi üzrə xəbərlər
- Peskov ABŞ ilə faydalı qazıntılar üzrə əməkdaşlığın şərtlərini açıqladı
- Bayden Ukraynanı 2026-cı ilə qədər silahla təmin edib
- Dövlət Departamenti BMT-nin Ukrayna ilə bağlı qətnamələrini FAYDASIZ adlandırdı
- Aİ Ukraynanın təbii sərvətlərindən istifadə niyyətində: Danışıqlara başlayacaqlar
- Orban: "Ukrayna NATO üzvü olmayacaq"