Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Dmitri Peskov Ukrayna ilə danışıqların aparılmasına MÜNASİBƏT BİLDİRİB
"Dmitri Peskov Ukraynanın enerji obyektlərinə zərbələrin dayandırılması ilə bağlı danışıqları təkzib edib. "Financial Times" kimi nüfuzlu nəşrlər belə bəzən həqiqətə uyğun olmayan məlumatlar yayırlar".
Oxu.Az-ın Gazeta.ru-ya istinadən verdiyi məlumata görə, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov nəşrin Ukraynanın enerji obyektlərinə hücumların dayandırılması ilə bağlı guya danışıqların aparıldığı barədə məqaləsini belə şərh edib.
"İndi reallıqla heç bir əlaqəsi olmayan çoxlu dezinformasiya var. Ən ciddi nəşrlər belə bu cür dezinformasiya yaymaqdan və belə yazılar dərc etməkdən çəkinmirlər", - deyə Peskov qeyd edib.
Bundan əvvəl "Financial Times" mənbələrə istinadən məlumat vermişdi ki, Rusiya və Ukrayna bir-birinin enerji infrastrukturuna zərbələrin dayandırılması ilə bağlı "ilkin danışıqlar" aparır. Jurnalistlərin məlumatına görə, Kiyev avqustda razılaşmaya yaxın olan, lakin Ukraynanın Rusiyanın Kursk vilayətinə müdaxiləsi səbəbindən pozulan danışıqları Qətərin vasitəçiliyi ilə yenidən başlamağa çalışırdı.
Rusiya və Ukrayna enerji infrastrukturuna qarşılıqlı hücumların dayandırılması ilə bağlı danışıqlar aparır.
Oxu.Az xəbər verir ki, bu barədə "Financial Times" qəzeti vəziyyətlə tanış olan diplomata istinadən məlumat yayıb.
Nəşrin həmsöhbətinin sözlərinə görə, tərəflər avqustda razılaşmaya yaxın olublar, lakin Kiyevin bu ilin avqustunda Kursk vilayətinə müdaxiləsi bütün səyləri puç edib.
"Nəyinsə yenidən başlanması ilə bağlı çox erkən danışıqlar gedir. Hazırda enerji obyektləri ilə bağlı danışıqlar aparılır", - deyə mənbə bildirib.
Onun sözlərinə görə, son həftələrdə enerji sistemlərinə hücumların tezliyi azalıb. Diplomat hesab edir ki, bunun səbəbi müəyyən razılaşmanın əldə olunmasıdır.
"Rusiya-Ukrayna müharibəsi" teqi üzrə xəbərlər
- "Oreşnik" raket sistemindən hücum Avropaya nə qədər zərər vura bilər? - Medvedev danışdı
- Rusiya Silahlı Qüvvələri "İskəndər"lə Dnepr aerodromunda "MiQ-29"u məhv edib
- Medvedev: "Tramp Ukrayna münaqişəsinə son qoya bilər"
- Sadık Akyar: "Baydenin Ukrayna qərarı dünyanı müharibəyə sürükləyə bilər" - ÖZƏL
- Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanəsilli şəxs öldü