Koronavirusun yayılması ilə əlaqədar Ukraynanın Azərbaycandakı səfirliyi vətəndaşların konsulluq qəbulunu 2020-ci ilin mayın 11-dək dayandırıb.
Oxu.Az-ın məlumatına görə, bu barədə diplomatik missiyanın “Facebook” səhifəsində xəbər verilib.
Bildirilir ki, vətəndaşlar səfirliyin emb_az@mfa.gov.ua elektron poçtuna müraciət ünvanlaya bilərlər.
Ətraflı məlumat üçün iş saatlarında aşağıdakı nömrələrlə əlaqə saxlamaq olar:
(+99412) 441 27 06
(+99412) 449 40 95
Ukrayna vətəndaşlarının həyatı və sağlamlığı üçün təhlükə olarsa, habelə fövqəladə hallarda diplomatik qaynar xəttə zəng vurmaq və ya SMS göndərmək lazımdır:
(+99450) 255 75 18
(+99450) 255 75 05