“Azərbaycan dövləti tərəfindən konkret şərt var, Azərbaycan Konstitusiyası və qanunvericiliyinə uyğun yaşamaq istəyən Qarabağ sakini olan hər bir erməni bizim vətəndaşımız sayılacaq”.
APA xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (“ASAN Xidmət”) sədri Ülvi Mehdiyev deyib.
O bildirib ki, onlar vətəndaşımız olaraq dövlət xidmətlərindən yararlanacaqlar: “Onlar bütün hüquqlardan istifadə edəcəklər. Düşünürük ki, zamanı gələn vaxtlarda orada “ASAN Xidmət” fəaliyyət göstərəcək”.