"Azərbaycan dövlətinin tarixində ən vacib günlərdən biri - Milli Qurtuluş Günü kimi qeyd olunan 15 iyun müstəqil Azərbaycan üçün yeni bir dövrün başlanğıcı oldu".
Oxu.Az xəbər verir ki, bu fikirləri Milli Məclisin Səhiyyə komitəsinin üzvü, deputat Ülvi Quliyev şəxsi "Facebook" hesabında yazıb:
"Ümummilli lider Heydər Əliyevin cəsarətli dövlətçilik və qüsursuz siyasəti nəticəsində Azərbaycan Respublikası beynəlxalq səviyyədə inkişaf edən ölkəyə çevrildi.
15 İyun - Milli Qurtuluş Günü münasibətilə xalqımızı səmimi qəlbdən təbrik edir, ulu öndər Heydər Əliyevi hörmətlə anıram!"