Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkinin təbliğat-təşviqat mərhələsi çərçivəsində 15 saylı Yasamal I seçki dairəsindən deputatlığa namizədliyini irəli sürmüş Ülvi Quliyev seçicilərlə görüşüb.
Oxu.Az xəbər verir ki, bu barədə Ülvi Quliyev rəsmi "Facebook" səhifəsində paylaşım edib.
"Yasamal sakinləri ilə bu görüşümüz də izdihamlı oldu. Görüşdə iştirak etdiklərinə və səmimi fikirlərinə görə şəhidlərimizin əziz ailə üzvlərinə, qazilərimizə, bütün iştirakçılara və dostlara bir daha səmimi-qəlbdən təşəkkür edirəm. Təbliğat-təşviqat işlərimiz davam edir", - deyə Ülvi Quliyev əlavə edib.
Bundan əlavə, deputatlığa namizəd ona dəstək verən məşhurlara da təşəkkür edib:
"Dəyərli dostlarım - Milli Qəhrəman Ehtiram Əliyevə və karate üzrə beşqat dünya və on bir dəfə Avropa çempionu, olimpiya mükafatçısı Rafael Ağayevə təbliğat-təşviqat kampaniyasının ilk günündən yanımda olduqlarına və verdikləri dəstəyə görə səmimi-qəlbdən təşəkkür edirəm".