“Biz Dağlıq Qarabağ üzrə nizamlanmaya nail olmağa çalışırıq. Biz səylərimizi ikiqat artırmaq istəyirik. İnanıram ki, azərbaycanlıların və ermənilərin bərabər yaşayacağı gün gələcək”.
Oxu.Az xəbər verir ki, bu barədə Yerevanda ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlik deyib.
Onun sözlərinə görə, bütün regionun sülh şəraitində yaşamaq haqqı var: “Arzum Azərbaycan və Ermənistanda insanların sülh və sabitlik şəraitində yaşamasıdır”.
Həmsədrlər, həmçinin qeyd ediblər ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsində əsas element insanlar arasında ünsiyyətdir və vasitəçilər belə ünsiyyəti dəstəkləməyə səy göstərirlər.
N.O.
www.oxu.az