“Biz Dağlıq Qarabağ münaqişəsinin həllində səbirsizliklə irəliləyiş gözləyirik”.
Oxu.Az xəbər verir ki, bunu ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik öz “Twitter” səhifəsində yazıb.
“Nyu-Yorkda Qarabağ üzrə Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə görüşdük. Biz səbirsizliklə əsas məsələnin həllində irəliləyiş gözləyirik”, - deyə C.Uorlik yazıb.
Qeyd edək ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri iki ölkənin xarici işlər nazirləri ilə BMT Baş Assambleyasının 71-ci sessiyası çərçivəsində görüşüblər.
N.O.