Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov MR Ədliyyə Nazirliyi və İqtisadiyyat Nazirliyində nazir müavinlərinin vəzifə təyinatı və vəzifədən azad edilməsi ilə bağlı sərəncamlar imzalayıb.
Oxu.Az-ın APA-ya istinadən məlumatına görə, V. Talıbov Elnur İsmayılovun Naxçıvan Muxtar Respublikası ədliyyə nazirinin müavini vəzifəsindən azad edilməsi, Anar Əhmədovun isə Naxçıvan Muxtar Respublikası iqtisadiyyat nazirinin müavini təyin edilməsi barədə sərəncam verib.