Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinin müstəqilliyinin 35-ci ildönümü münasibətilə səmimi təbriklərinə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib.
Oxu.Az xəbər verir ki, bu barədə Ukrayna lideri sosial şəbəkə hesabında məlumat verib.
"Azərbaycanın Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə yönəlik mövqeyi daim qətiyyətli olub və buna görə də hər zaman yüksək dəyərləndirilib. Biz birlikdə sınaqlardan çıxmış iqtisadi tərəfdaşlığımızı daha da genişləndirir, enerji və təhlükəsizlik sektorlarında yeni yollar açır, zərurət yarandıqda isə bir-birimizə dəstək oluruq. İnanıram ki, Ukrayna ilə Azərbaycan arasındakı dostluq münasibətləri, qarşılıqlı ehtiram və strateji əməkdaşlıq gələcəkdə də güclənəcək", - deyə Ukrayna lideri bildirib.
Thank you, President @presidentaz, for your warm congratulations on the 35th anniversary of Ukraine’s Independence. Azerbaijan’s position on Ukraine’s sovereignty and territorial integrity has always been firm and therefore always much appreciated. Together, we keep building on… pic.twitter.com/Eb2V2aaSMT
— Volodymyr Zelenskyy / Володимир Зеленський (@ZelenskyyUa) August 25, 2026