Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sədri, xanım Anna Brassör (Anne Brasseur) Azərbaycanda səfərdədir.
Oxu.Az xəbər verir ki, bu barədə APA-ya Avropa Şurasının Bakıdakı ofisindən məlumat verilib.
Xanım Brassörün səfərinin məqsədi AŞPA Daimi Komitəsinin mayın 23-də Bakıda keçiriləcək iclasında iştirak etməkdir.
Səfər zamanı A.Brassör Azərbaycan prezidenti İlham Əliyev, Milli Məclisin sədri Oqtay Əsədov, baş nazir Artur Rasizadə, xarici işlər naziri Elmar Məmmədyarovla da görüşəcək.
Mayın 23-də AŞPA sədrinin səfərin yekunlarına dair mətbuat konfransı keçiriləcək.