Xarici dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşı bu barədə Azərbaycanın müvafiq icra orqanına məlumat vermədiyi halda məsuliyyətə cəlb ediləcək.
Oxu.Az xəbər verir ki, bununla bağlı Azərbaycan prezidenti İlham Əliyev sərəncam imzalayıb.
Sərəncama əsasən, xarici dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşı tərəfindən bu barədə müvafiq icra hakimiyyəti orqanına bir ay müddətində yazılı məlumatın verilmədiyi təqdirdə üç min manatdan beş min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər ilə cəzalandırılır.