Xarici valyuta köçürmələri ilə bağlı tənzimləməyə yenidən baxılacaq.
Oxu.Az xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi "Rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026-2028-ci illər üçün Fəaliyyət Planı"nda öz əksini tapıb.
Sənədə əsasən 2026-cı ilin dekabrına qədər "Rəqəmsal Səyyah Vizası" və "Rəqəmsal İstedad Vizası" proqramlarının vahid platforma üzərindən tətbiqi, "Xüsusi Vergi Rejimi"nin müəyyən edilməsi, sosial sığorta və rezidentlik üzrə güzəştlərin tətbiqi və xarici valyuta köçürmələri ilə bağlı tənzimləməyə yenidən baxılacaq.
Məlik Məlikov