Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

XDMX-nin Milli Qvardiyasının Döyüş Bayrağı təsdiqləndi - FƏRMAN
Prezident İlham Əliyev "Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin Milli Qvardiyasının Döyüş Bayrağı haqqında Əsasnamə"nin və "Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin Milli Qvardiyasının Döyüş Bayrağının təsviri"nin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 4 oktyabr tarixli 300 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Fərman imzalayıb.
Oxu.Az bildirir ki, bu barədə President.az xəbər verir.
Fərmanla aşağıdakı dəyişikliklər edilir:
1. adında (hər iki halda), 1-ci və 2-ci hissələrdə "Xüsusi Dövlət Mühafizə" sözləri "Prezidentinin Təhlükəsizlik" sözləri ilə əvəz edilsin.
2. həmin Fərmanla təsdiq edilmiş "Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin Milli Qvardiyasının Döyüş Bayrağı haqqında Əsasnamə" üzrə:
2.1. adında "Xüsusi Dövlət Mühafizə" sözləri "Prezidentinin Təhlükəsizlik" sözləri ilə əvəz edilsin;
2.2. 1-ci hissə üzrə:
2.2.1. birinci cümlədə "Xüsusi Dövlət Mühafizə Xidmətinin Milli Qvardiyasının" sözləri "Prezidentinin Təhlükəsizlik Xidmətinin Milli Qvardiyasının (bundan sonra - Milli Qvardiya)" sözləri ilə əvəz edilsin;
2.2.2. ikinci cümlədə "Xüsusi Dövlət Mühafizə Xidmətinin Milli Qvardiyasının" sözləri "Milli Qvardiyanın" sözləri ilə, "dövlət mühafizəsi" sözləri isə "mühafizə olunan şəxslərin və qorunan obyektlərin təhlükəsizliyinin təmin edilməsi" sözləri ilə əvəz edilsin.
3. həmin Fərmanla təsdiq edilmiş "Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin Milli Qvardiyasının Döyüş Bayrağının təsviri" üzrə:
3.1. adında "Xüsusi Dövlət Mühafizə" sözləri "Prezidentinin Təhlükəsizlik" sözləri ilə əvəz edilsin;
3.2. birinci hissədə "Xüsusi Dövlət Mühafizə" sözləri "Prezidentinin Təhlükəsizlik" sözləri ilə əvəz olunsun və həmin hissəyə "ibarətdir" sözündən sonra "(Şəkil 1, 2)" sözləri əlavə edilsin;
3.3. üçüncü hissəyə "7 sm-dir" sözlərindən sonra "(Şəkil 1)" sözləri əlavə edilsin;
3.4. dördüncü hissə üzrə:
3.4.1. birinci cümlədə "Milli Qvardiyanın emblemi (hündürlüyü 48 sm)" sözləri "Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin emblemi (diametri 48 sm)" sözləri ilə əvəz edilsin;
3.4.2. ikinci cümlə çıxarılsın, üçüncü və dördüncü cümlələr müvafiq olaraq ikinci və üçüncü cümlələr hesab edilsin;
3.4.3. ikinci cümlədə "Xüsusi Dövlət Mühafizə" sözləri "Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik" sözləri ilə əvəz edilsin;
3.4.4. üçüncü cümlədə "136" rəqəmləri "125" rəqəmləri ilə, "5,5 sm-dir" sözləri "16 sm-dir (Şəkil 2)" sözləri ilə əvəz edilsin;
3.5. altıncı hissədə "2,5" rəqəmləri "250" rəqəmləri ilə əvəz edilsin;
3.6. 7-ci hissəyə "nikellənmiş" sözündən sonra "aypara və ulduz şəklində" sözləri əlavə edilsin.
4. Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin Milli Qvardiyasının Döyüş Bayrağının şəkilləri yeni təsvirdə verilsin (əlavə olunur).
"İlham Əliyev" teqi üzrə xəbərlər
- Prezident: "Pakistanla birgə istehsal müəssisələri məsələsi üzərində işləyirik"
- Bakıda Azərbaycan-Pakistan biznes forumu keçirilib
- Deputat: "Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı ilə bəşər tarixində bir vəhşilik aktıdır"
- Şahbaz Şərif: "Azərbaycanla dostluğumuz, siyasi anlaşmamız və vəhdətimiz əfsanəvi olub"
- Azərbaycan Prezidenti: "Pakistan bizim üçün ən yaxın dost və qardaşlardan biridir"