Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Xələf Xələfov Gürcüstanla sərhədin delimitasiyasından danışdı - ÖZƏL
Azərbaycan-Gürcüstan sərhədinin delimitasiyası məsələsi prezident İlham Əliyevin nəzarətindədir.
Bunu Oxu.Az-a açıqlamasında Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.
O bildirib ki, Azərbaycan-Gürcüstan sərhədinin delimitasiyası ölkəmiz üçün aktualdır:
“Sabah da aktual olacaq. Çünki bu prosesi davam etdirməliyik. Bilirsiniz ki, Azərbaycanda və Gürcüstanda dövlət sərhədlərinin delimitasiyası üzrə komissiya mövcuddur və hər iki tərəfdən xarici işlər naziri müavinləri bu komissiyaya rəhbərlik edirlər.
Təəssüflə deyə bilərəm ki, son zamanlar Gürcüstanda həmkarların tez-tez dəyişdiyinə görə, bizim fəaliyyətimizdə müəyyən mənada fasilələr yaranıb. Buna baxmayaraq, İşçi qrupu çərçivəsində ayrı-ayrı görüşlər çərçivəsində görüşlərimizi davam etdirmişik”.
Xələf Xələfov bildirib ki, komissiyanın fəaliyyətini fəallaşdırmaq planlaşdırılır:
“Azərbaycanla Gürcüstan arasındakı dövlət sərhədinin üçdə iki hissəsi komissiya tərəfindən razılaşdırılıb. Qalıb üçdə bir hissəsi. Onun həll olunması üçün bütün səyləri göstərməliyik. Maraqlıyıq ki, delimitasiya prosesi tezliklə başa çatsın. Çünki delimitasiyadan sonrakı mərhələ demarkasiyadır. Bu, eyni zamanda, Gürcüstan və Azərbaycan arasında iqtisadi əlaqələrin səmərəli inkişaf etdirilməsi üçün vacib bir sənəddir. Həmçinin siyasi baxımından da önəmli məsələdir”.
Nazir müavini qeyd edib ki, məsələ ilə bağlı vaxtaşırı İlham Əliyevə məlumatlar təqdim edilir:
“2019-cu ildə Gürcüstanla delimitasiyası məsələsi daha sıx şəkildə davam etdiriləcək. Gürcüstanda yeni nazir müavini təyin edilib. Bu məsələ ilə bağlı yaxın zamanlarda bir işçi görüşü keçirək. Komissiyanın növbəti iclasının keçirilmə vaxtını müəyyən edəcəyik”.
İlhamə Əbülfət
www.oxu.az
"İlham Əliyev" teqi üzrə xəbərlər
- Azərbaycan Avropada geosiyasi təsirlərini artırır
- Rusiya, Belarus və Tacikistan prezidentləri İlham Əliyevə zəng ediblər
- Paşinyan Rusiyadan NƏ İSTƏYİR? - Tramp İrəvanın planını DƏYİŞDİ
- Sabiq baş katib: "Azərbaycan güclə əlindən alınanı güclə də geri qaytardı"
- Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin səlahiyyətləri genişləndirildi