Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Xəzəryanı ölkələrinin liderlərin sammitinin yeri dəyişdirildi
Xəzəryanı ölkələrin dövlət başçılarının sammiti Aktauda keçiriləcək.
Oxu.Az “RİA Novosti” agentliyinə istinadla xəbər verir ki, bu sözləri Qazaxıstan prezidenti Nursultan Nazarbayev regionun rəhbəri Yeralı Tuqjanovla görüşü zamanı məlumat verib.
Prezidentin mətbuat xidmətinin məlumatına görə, Qazaxıstan prezidenti sammitin keçirilməsinin təşkili üçün bütün lazımi işlərin görülməsi ilə bağlı tapşırıqlarını verib.
“Aktauda Xəzəryanı ölkələrin dövlət başçılarının sammitinin keçirilməsi planlaşdırılır. Qarşıdakı görüşün bütün təşkilati məsələlərini müzakirə etmək lazımdır”, - Nazarbayev deyib.
Qeyd edək ki, mayın 21-24-də Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin müavinləri səviyyəsində Xəzərin hüquqi statusu haqqında Konvensiyanın hazırlanmasına dair Xüsusi İşçi Qrupunun 51-ci iclası keçirilib.
Danışıqlarda Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistandan olan nümayəndə heyəti iştirak edib. Görüş Qazaxıstanda keçirilməsi planlaşdırılan 5-ci Xəzər sammitinə həsr olunub.
"İran" teqi üzrə xəbərlər
- Kanada İrandan Ukrayna təyyarəsinin vurulmasına görə məsuliyyəti öz üzərinə götürməsini tələb edib
- Azərbaycan ilə İran milli təhlükəsizliyin təmin olunması ilə bağlı fikir mübadiləsi apardı
- İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi İrəvanda erməni həmkarı ilə görüşüb
- Tehranın "yanacaq oyunu"nun səbəbi: İrəvanın hədəfi
- Mülki təyyarəni vuran İrana dünya ölkələrindən çağırış