Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

XİN başçısı BMT-də Azərbaycanın azad edilmiş ərazilərindəki mina problemini gündəmə gətirib
"Azərbaycanın azad edilmiş ərazilərinin mina və digər partlayıcı qurğularla kütləvi çirklənməsi bərpa və yenidənqurma səylərinin rəvan irəliləməsinə ciddi maneə olaraq qalır".
"Report" xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 79-cu sessiyasının Ümumi Müzakirəsində "Heç kimi geridə qoymayaq: indiki və gələcək nəsillər üçün sülhün, davamlı inkişafın və insan ləyaqətinin inkişafı naminə birgə hərəkət etmək" mövzusunda çıxış edərkən dünya siyasətçilərinin diqqətinə çatdırıb.
Nazir vurğulayıb ki, İkinci Qarabağ müharibəsinin başa çatmasından bəri 377 nəfər, o cümlədən mülki şəxslər minaların qurbanı olublar.
"Bunu nəzərə alaraq, Azərbaycan minatəmizləmə fəaliyyətinə həsr olunmuş 18-ci Dayanıqlı İnkişaf Məqsədini milli hədəf kimi müəyyən edib. Problemin miqyasını nəzərə alaraq, Azərbaycanın minatəmizləmə sahəsində humanitar potensialının gücləndirilməsi üçün beynəlxalq dəstəyə və onun artırılmasına ehtiyac var", - Ceyhun Bayramov qeyd edib.
Nazir, həmçinin Azərbaycan ərazilərində humanitar minatəmizləmə işlərinə töhfə verən bütün ölkələrə və maraqlı tərəflərə minnətdarlığını bildirib.
"Ceyhun Bayramov" teqi üzrə xəbərlər
- Ceyhun Bayramov "Serbiya Bayrağı" ordeni ilə təltif olunub
- Azərbaycan XİN başçısı Serbiyaya işgüzar səfərə yola düşüb
- Azərbaycan və Türkiyə XİN rəhbərlərinin görüşü olub
- Ceyhun Bayramov ATƏT-in baş katibinə Ermənistanla normallaşma prosesi barədə məlumat verib
- Ceyhun Bayramov Almaniyaya işgüzar səfərə yola düşdü