Azərbaycan Xarici İşlər Nazirliyi son günlər cəbhə xəttində baş verən hadisələrə münasibət bildirib.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, XİN-in mətbuat katibi Elman Abdullayev jurnalistlərə açıqlamasında bildirib ki, Ermənistan tərəfi cəbhə bölgəsində baş verən son hadisələrlə bağlı dünya ictimaiyyətini çaşdırır, eyni zamanda öz vətəndaşlarını yanlış məlumatlandırır:
“Amma bütün gərginliyin əsas səbəbi odur ki, Ermənistan Azərbaycan ərazilərini işğal edib. Gərginliklərin səbəbi Ermənistanın qeyri-konstruktiv mövqeyidir”.