Azərbaycan Xarici İşlər, Fövqəladə Hallar və Daxili İşlər nazirlikləri əlaqələndirilmiş şəkildə Saratov hava yollarına məxsus Moskva-Orsk reysi ilə uçuş həyata keçirən təyyarədə baş vermiş qəzada həlak olduğu bildirilən şəxsin Azərbaycan vətəndaşı olmasını araşdırıb.
Bunu Oxu.Az-a XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.
H.Hacıyev qeyd edib ki, Xarici İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və Daxili İşlər Nazirliyi tərəfindən əlaqələndirilmiş şəkildə Saratov hava yollarına məxsus Moskva-Orsk reysi ilə uçuş həyata keçirən təyyarədə baş vermiş qəzada həlak olduğu bildirilən şəxsin Azərbaycan vətəndaşı olması araşdırılıb:
“Təyyarə qəzasında həlak olduğu bildirilən 5 may 1971-ci il təvəllüdlü, Yevlax rayon sakini Qəhrəmanov Namiq İnayət oğlu Azərbaycan Respublikasının vətəndaşıdır. Məsələ ilə əlaqədar Azərbaycanın Rusiyadakı Səfirliyi və aidiyyəti dövlət qurumları Rusiyanın müvafiq dövlət təşkilatları ilə təmasdadır”.