Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Xocalı şəhərinə köç edən sakinlərə mənzillərinin açarları təqdim edilib
Xocalıya yola salının keçmişəm məcburi köçkünlərə mənzillərinin açarları təqdim edilib.
Bu barədə Oxu.Az-a Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən məlumat verilib.
Səhər saatlarında yola salınan növbəti köç karvanı Xocalı şəhərinə çatıb.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən Oxu.Az-a verilən məlumata görə, 33 ailə olmaqla, 137 Xocalı sakini öz yurduna qayıdıb.
Respublikanın müxtəlif yerlərində, əsasən, yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrin bir qrupu aprelin 28-də Xocalıya yola salınıb.
Oxu.Az xəbər verir ki, bu mərhələdə Xocalı şəhərinə 33 ailə - 137 nəfər köçürülür.
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir. Xocalı şəhərinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən, yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Oxu.Az xəbər verir ki, bu mərhələdə Xocalı şəhərinə 33 ailə - 137 nəfər köçürülür.
Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.
Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, oraya köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 40 mindən çox insan yaşayır.
Daha çox foto burada: PhotoStock.az
Rövşən Əsədov
"Böyük Qayıdış" teqi üzrə xəbərlər
- Əlaqələndirmə Qərargahının növbəti iclası Ağdam şəhərində keçirilib
- Ağdamın Kəngərli kəndinə köç karvanı ÇATIB: Evlərin açarları təqdim olundu
- Kəngərli sakini: "Valideynlərimlə birgə çıxdığım Ağdama anam və oğlumla geri qayıdıram"
- 14 yaşlı Ağdam sakini: "Qarabağa köçürəm deyə həyəcanlıyam"
- Növbəti köç karvanı Xocalı şəhəri və Ballıca kəndinə çatıb: Açarlar təqdim edilib