Baku TV-nin canlı yayımında xəbər vaxtıdır.
12,7 kilometr dövlət sərhədi, demək olar ki, razılaşdırıldı. Prezident İlham Əliyev Ermənistanla danışıqlar prosesində irəliləyiş imkanlarının olduğunu açıqladı.
Azərbaycan, Türkiyə və Gürcüstan xüsusi təyinatlıları növbəti tapşırıqları icra etdilər. "Qafqaz Qartalı - 2024" davam edir.
Ukrayna səfərbərlikdən yayınanları axtarışa verəcək. Hərbi mükəlləfiyyətlilərə vaxt verildi.
Siqaret çəkdiyinə görə, oğlunu döyən ata digər övladı tərəfindən öldürüldü. Ötən il törədilən qətlin təfərrüatı məlum oldu.
"İşə gedib gəlirik, uşaqlarla gedib gəlirik, amma rahat deyil də, düşüb-çıxmaq olmur". Yeraltı keçidlərdə eskalatorlar niyə işləmir?
Daha ətraflı BAKU NEWS-un 20:00 buraxılışında: