İyulun 4-də Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin növbəti iclası keçirilib.
Oxu.Az-ın xəbərinə görə, iclasda YAP İdarə Heyətinin 2018-ci ilin birinci yarım ilinə dair hesabatı, təşkilatın tərkibi haqqında müvafiq dövrə dair statistik hesabat və İdarə Heyətinin 2018-ci ilin ikinci yarımilliyinə dair iş planı müzakirə olunaraq qəbul edilib.
İclasda qeyd edilib ki, YAP-ın sıralarının genişlənməsi 2018-ci ildə davam edib, hesabat dövrü ərzində 12 min nəfərdən çox yeni üzv qəbul olunub və beləliklə, partiya üzvlərinin sayı 720 min nəfəri keçib.
Kamil HƏMZƏOĞLU
www.oxu.az