Yaponiyanın Azərbaycandakı səfirliyi iki gün müddətində konsulluq xidmətləri göstərməyəcək.
Oxu.Az xəbər verir ki, bu barədə səfirliyin sosial şəbəkə hesabında məlumat verilib.
Səfirlik konsulluq şöbəsinin müvəqqəti bağlanmasını regiondakı gərginliklə əsaslandırıb:
"Hazırda hər hansı təhdid məlumatı daxil olmasa da, Orta Şərqdəki vəziyyətin gərginləşməsi ilə əlaqədar olaraq, ziyarətçilərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə Yaponiyanın Azərbaycan Respublikasındakı Səfirliyi bu gün və sabah (2-3 mart) konsulluq şöbəsinin fəaliyyətini müvəqqəti dayandırır".
Qeyd edək ki, qərar yalnız konsulluq şöbəsinə şamil olunur və digər diplomatik fəaliyyətlərin dayandırılması barədə məlumat verilməyib.

Yaponiyanın Azərbaycandakı səfirliyi regiondakı vəziyyətlə əlaqədar fəaliyyətini dayandırıb.
Oxu.Az xəbər verir ki, bu barədə səfirliyin sosial şəbəkə hesabında qeyd olunub.
"Regionda baş verən hadisələrlə əlaqədar olaraq səfirliyin fəaliyyətini qeyri-müəyyən müddətə qədər dayandırıb. Viza üçün sənədlərin qəbulu və hazır vizaların verilməsi də dayandırılıb. Nəzərə almağınızı xahiş edirik. Narahatlığa görə üzr istəyirik", - məlumatda bildirilib.
