Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Yavər Camalovun oğlunun namizədliyi ləğv edildi
46 saylı Şirvan seçki dairəsindən deputatlığa namizəd Rəşad Camalovun namizədliyi ləğv olunub.
Oxu.Az-ın məlumatına görə, bununla bağlı Mərkəzi Seçki Komissiyasının iclasında məsələ müzakirə edilib.
Qeyd olunub ki, R.Camalovun ikili vətəndaşlığı olduğu üçün namizədliyi ləğv edilib. Çünki o, həm Azərbaycan, həm də Rusiya vətəndaşıdır.
Müzakirələrdən sonra 46 saylı Şirvan seçki dairəsinin R.Camalovun namizədliyinin qeydə alınması ilə bağlı qərarı ləğv olunub.
Xatırladaq ki, R.Camalov keçmiş Müdafiə Sənayesi naziri, mərhum Yavər Camalovun oğludur.
Aqşin Kərimov
Ən çox oxunanlar