Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
:1200.jpg)
Yaxın zamanda Laçın-Kəlbəcər magistral internet xəttinin çəkilişinə start veriləcək
Yaxın zamanda Laçın-Kəlbəcər magistral internet xəttinin çəkilişinə start verilməsi gözlənilir.
“Report” xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Aztelekom” MMC-nin baş direktor vəzifəsini icra edən Tural Pirverdiyev “ASAN Radio”nun canlı efirində deyib.
Onun sözlərinə görə, artıq Xocalı-Xankəndi magistral internet xəttinin tikintisinə başlanılıb:
“Xocalı şəhərinə artıq prefiks təyin olunub. Böyük Qayıdış planına uyğun olaraq oraya köçürüləcək sakinlər yüksək sürətli optik internetlə təmin olunacaq”.
T. Pirverdiyev qeyd edib ki, Xankəndində ilk nömrənin tanıdılması baş verdi:
“Orada fəaliyyət göstərən dövlət və qeyri-dövlət təşkilatları internetlə təmin olunub. Gələcəkdə abonentlərin genişzolaqlı internet xidməti ilə təmin olunması üçün lazımı avadanlıqlar yerləşdirilib. Eyni zamanda Şuşa şəhərində 500, Laçın şəhərində isə 1 246 təsərrüfata genişzolaqlı internet şəbəkəsinə çıxış imkanı təmin olunub”.
"Kəlbəcər" teqi üzrə xəbərlər
- Kəlbəcərdə QƏZA: İki nəfər həlak oldu
- Acınacaqlı şəraitdə yaşayan yataqxana sakinləri şikayətçidirlər: "Evlərimiz bərbad haldadır"
- Suqovuşanı Kəlbəcərlə birləşdirən avtomobil yolunda hansı işlər görülür?
- Kəlbəcər şəhərinin daxili yollarının tikintisi davam edir
- İlham Əliyev Kəlbəcər şəhərində ikinci yaşayış kompleksinin təməlini qoyub