Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Yeni Kaledoniyada Fransaya qarşı etiraz aksiyası keçirilib, Azərbaycan bayraqları qaldırılıb - FOTO/VİDEO
Yanvarın 11-də Yeni Kaledoniya parlamentinin (Konqres) qarşısında etiraz aksiyası keçirilib.
“Report” xəbər verir ki, aksiya iştirakçıları Fransa hökumətinin Yeni Kaledoniyanın daxilində destabillik yaratmaq siyasətinə və yerli əhalinin hüquqlarının kobud şəkildə pozulmasına etirazlarını bildiriblər.
Aksiyada Azərbaycan və Yeni Kaledoniya bayraqları dalğalandırılıb.
Fransa hökumətinin yerli əhalinin mövqeyini nəzərə almadan konstitusiya dəyişiklikləri etməsini yolverilməz sayan aksiya iştirakçıları bildiriblər ki, yerli xalq - kanaklar əhalinin maraqlarına zidd konstitusiya islahatlarına “yox” deyirlər.
"Fransa" teqi üzrə xəbərlər
- Fransada polislərə hücum edildi
- Fransada bıçaqla silahlanmış qadın və iki oğlu orta məktəbə basqın ediblər
- "Telegram"ın qurucusu Pavel Durov Fransanı tərk etdi
- Almaniya, Böyük Britaniya və Fransa liderlərinin müşavirləri ABŞ-yə yola düşüblər
- Makron Bakı və İrəvan arasında sülh sazişinin mətni üzrə razılaşmanı alqışlayır