Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Yeni Kaledoniyada qanunsuz həbslərə diqqət çəkmək məqsədilə fləş-mob təşkil edilib
Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə keçirilən "Kolonializm: Dini-Milli Kimliyin Silinməsi" adlı beynəlxalq konfrans çərçivəsində Yeni Kaledoniyada qanunsuz həbslərə diqqət çəkmək məqsədilə fləş-mob təşkil edilib.
Oxu.Az xəbər verir ki, fləş-mob zamanı konfrans iştirakçıları siyasi məhbusların şəkillərini qaldırıblar. Aksiya insan hüquqları və azadlıqlarının müdafiəsinə diqqət çəkmək məqsədi daşıyıb.
Konfrans çərçivəsində siyasi məhbus Kristian Teynin şəkli olan köynək Bakı Təşəbbüs Qrupunun (BTQ) İcraçı direktoru Abbas Abbasov, müstəqillik hərəkatların liderləri və nümayəndələri tərəfindən imzalanaraq siyasi məhbuslara həmrəylik nümayiş etdirilib.
Qeyd edək ki, Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə keçirilən konfransda Fransa və Niderlandın müstəmləkə nəzarətində saxladığı ərazilərdən - Qvadelup, Fransız Qvianası, Kanaki (Yeni Kaledoniya), Korsika, Martinik, Reyunyon, Boneyr, Fransız Polineziyası, Mayot, eləcə də Valis və Futunadan müstəqillik hərəkatlarının liderləri və nümayəndələri, siyasi məhbus ailələri iştirak edirlər.
Aləmdə Nəsib
"Yeni Kaledoniya" teqi üzrə xəbərlər
- BTQ və "Nazione" təşkilatı Əməkdaşlıq Memorandumu imzalayıblar
- Romada Korsika xalqının qarşılaşdığı əsas problemlərlə bağlı konfrans keçirilir
- Yeni Kaledoniya müstəqillik referendumuna hazırlaşır - Fransanın təzyiqləri artacaq
- Yeni Kaledoniyanın Fransada həbsdə saxlanılan lideri kanak xalqına müraciət edib
- Yeni Kaledoniyanın bayraq israrı - Fransanın tələbi rədd edilir