Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Yeni yaradılan qurum hansı işləri görəcək?
Azərbaycanda “Aqrar Sığorta Fondu” qeyri-kommersiya hüquqi şəxsi yaradılıb.
Prezident İlham Əliyevin müvafiq fərmanına əsasən, fond ölkədə aqrar sığorta sisteminin təşkilini, inkişafını və dayanıqlılığını, habelə idarəedici qurumun formalaşdırılmasını təmin edəcək və onun fəaliyyətinə nəzarəti həyata keçirəcək.
Nazirlər Kabinetinə fondun nizamnaməsini Kənd Təsərrüfatı Nazirliyinin və Maliyyə Bazarlarına Nəzarət Palatasının təklifləri əsasında təsdiq etmək tapşırılıb.
Bundan başqa, “Aqrar sığorta” informasiya sisteminin əsasnaməsi, bu sistemə inteqrasiya ediləcək informasiya sistemlərinin və onlardan əldə olunması nəzərdə tutulan məlumatların siyahısı hazırlanacaq.
Fondun ilkin nizamnamə kapitalı 1 milyon manatdır və dövlət büdcəsinin vəsaiti hesabına formalaşır.
Fərmana əsasən, fondda ictimai əsaslarla fəaliyyət göstərən və 5 üzvdən – Kənd Təsərrüfatı Nazirliyinin (2 nəfər), Maliyyə Nazirliyinin (1 nəfər), Maliyyə Bazarlarına Nəzarət Palatasının (1 nəfər) və fermerlər assosiasiyasının (1 nəfər) nümayəndələrindən ibarət Himayəçilik Şurası yaradılır.
Aqrar Sığorta Fondunun Himayəçilik Şurasının sədri Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsidir.
"İlham Əliyev" teqi üzrə xəbərlər
- Əməkdaşlıq üçün yeni istiqamət: Azərbaycan-Afrika əlaqələri daha geniş sahələri əhatə edəcək
- Prezident Umaru Sisoku Embalo: "Qvineya-Bisau və Azərbaycan iki dost ölkədir"
- Prezident İlham Əliyev: "Qvineya-Bisau ilə siyasi münasibətlər çox yaxşıdır"
- İlham Əliyev və Umaru Sisoku Embalo mətbuata bəyanatlarla çıxış ediblər
- İlham Əliyevin Qvineya-Bisau prezidenti ilə lanç əsnasında geniş tərkibdə görüşü olub