Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Yevgeni Savostyanov: “Güc mərkəzləri Qafqazda gərginliyin artmasında maraqlı deyillər”
“Ukrayna ətrafında vəziyyətin inkişafına Çinin təsirini qeyd etmək lazımdır”.
Bu sözləri rusiyalı siyasətçi, Rusiya Federasiyası Prezident Administrasiyası rəhbərinin keçmiş müavini, Federal Təhlükəsizlik Xidmətinin istefada olan general-mayoru Yevgeni Savostyanov Oxu.Az-a müsahibəsində deyib.
“Bir tərəfdən, Çin münaqişədə maraqlı deyil, çünki Avropa Çin Xalq Respublikasının iqtisadi tərəfdaşıdır. Digər tərəfdən, regionda daimi gərginliyin ABŞ qüvvələrinin diqqətini yayındırması Çinin xeyrinədir. Beləliklə, ən vacibi bu iki cəbhədir - qərb, Ukrayna sərhədi boyunca və şərq - Tayvan boğazı yaxınlığında”, - deyə o bildirib.
Siyasətçi deyir ki, Cənubi Qafqaza gəlincə, orada maraqlı hadisələr baş verir:
“Fikrimcə, Ermənistanın baş naziri Nikol Paşinyan “Qarabağ klanı” adlandırıla biləcək şəxslərin təsir və təzyiqindən qurtularaq, yavaş-yavaş regionda münasibətlərin normallaşmasına doğru irəliləyir. Bu, birgə firavanlığa və inkişafa yol açır. Münaqişənin həlli perspektivi yaranıb. Bölgəniz böyük nəqliyyat axınlarının keçə biləcəyi bir boğazdır, sadəcə “udlağın tıxacını açmaq” lazımdır. Biz Çinin “İpək yolu” (“Bir kəmər, bir yol” – red.) layihəsinin mümkün bağlanması halında, “Asiya-Avropa” güclü nəqliyyat arteriyasının yaradılması kimi iddialı məsələni həll etməliyik.
Və mən belə hesab edirəm, indi güc mərkəzləri Qafqazda gərginliyin artmasında maraqlı deyillər”.
Nair Əliyev