"Türkmənistan Türk İqtisadiyyat Birliyinə doğru ilk addımını atdı".
Bu sözləri Bakıda Türk Ticarət Mərkəzinin açılışı ilə bağlı keçirilən tədbirdə iştirak edən türkiyəli iş adamı və "Okuklu Holdinq"in sədri Yılmaz Okuklu Oxu.Az-a müsahibəsində deyib.
"Bu, Azərbaycanın Orta Asiyanın ticarət mərkəzi olması istiqamətində olduqca mühüm addım idi. Türkmənistan səfirinin bəyanatından da gördüyünüz kimi, Türkmənistan Azərbaycanda ilk addımını atdı. Biz Türk Ticarət Mərkəzinə türk dövlətlərində rəsmi status qazandırdıq. Biz türk dövlətlərində Türk Ticarət Mərkəzləri açacağıq. Bu münasibətlə türk dövlətlərində həm mədəniyyətimizə, həm də iqtisadiyyatımıza töhfə verəcəyik", - deyə Okuklu bildirib.
İş adamı, həmçinin Azərbaycan tərəfindən gözlənilənlər barəsində də danışıb.
"Gözləntimiz ondan ibarətdir ki, işçi qrupu yaradılmalıdır. Kommersiya hadisələrinin səbəblərini araşdırmalıyıq. Ortaq işçi qrupları yaradaraq bu məsələlər üzərində dərindən düşünməli və çalışmalıyıq. Belə olan halda Azərbaycan xalqının orta əməkhaqqı artacaq, sənaye sahəsi inkişaf edəcək və Azərbaycan xalqı rifah içində yaşayacaq. Bu yolda bizə ən böyük dəstək Azərbaycan Prezidenti İlham Əliyevin şüarıdır - "Mənim bir ailəm var. Bu ailə türk dünyasıdır". Mən də bir türk iş adamı olaraq özümü bu ailənin bir üzvü kimi hiss edirəm. Azərbaycana minnətdaram. Yaşasın Prezident İlham Əliyev!", - deyə Yılmaz Okuklu fikirlərini ifadə edib.