Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Niderland səfiri İran XİN-ə çağırıldı
Niderlandın Tehrandakı səfiri Emil Frederik Dyubon İran Xarici İşlər Nazirliyinə çağırılıb.
Bu barədə "Azad İran" "Telegram" kanalı xəbər verir.
Məlumata görə, İran Xarici İşlər Nazirliyi Niderland Baş Kəşfiyyat və Təhlükəsizlik Xidmətinin Tehranın Avropada iki sui-qəsd cəhdində iştirakı ilə bağlı ittihamlarını əsassız adlandırıb və səfirə etirazını ifadə edib.
Qeyd edək ki, ötən gün İranın Niderlanddakı səfiri Tehranın Avropada iki sui-qəsd hazırlaması şübhəsi ilə bağlı çağrılıb. Niderland kəşfiyyatı 2023-cü və 2024-cü illərdə Avropada bir iranlı və bir ispaniyalını öldürməyə cəhd edən iki nəfərin həbs olunduğunu bildirib.
"İran XİN" teqi üzrə xəbərlər
- İran XİN: "Nüvə dosyesi ilə bağlı ABŞ-dən heç bir təklif almamışıq"
- İran XİN Trampın son açıqlamalarına reaksiya verib
- Əraqçı Xameneinin Putinə mesajı barədə danışdı
- İran XİN rəhbəri Rusiyaya səfər zamanı Xameneinin mesajını Putinə çatdıracaq
- İran XİN ABŞ ilə danışıqların formatı barədə açıqlama verdi