Azərbaycan prezidenti İlham Əliyev Yuli Qusmanın “Dostluq” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Oxu.Az-ın məlumatına görə, Y.Qusman Azərbaycanla Respublikası ilə Rusiya Federasiyası arasında mədəni əlaqələrin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif edilib.
Yuli Qusman Azərbaycanın xalq artisti, Rusiyanın əməkdar incəsənət xadimi, ssenari müəllifi, rejissordur.