Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Zahid Qaralovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Oxu.Az AzərTAc-a istinadən xəbər verir ki, sənəddə deyilir:
“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycanda pedaqogika elminin inkişafında xidmətlərinə və respublikanın ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə görə Zahid İbrahim oğlu Qaralov “Şərəf” ordeni ilə təltif edilsin”.