23 saylı Nəsimi-Səbail dairəsindən deputatlığa namizəd Zaur Darabzadə “Facebook” hesabında maraqlı video paylaşıb.
Oxu.Az xəbər verir ki, görüntülərdə məşhur simalar “Zaur Darabzadə kimdir?” sualına cavab verib.
Məşhurlar arasında Xalq artistləri Tünzalə Ağayeva, Murad Dadaşov, Əməkdar artist Abbas Bağırov, müğənnilər Azad Şabanov, Xəyyam Nisanov, Roza Zərgərli, aparıcılar Tural Əsədov, Şəhriyar Əbilov, Azər Qərib, Cavid Gül, Emin Musəvi və digərləri olub.