Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Zaxarova: "Moskva "3+3" formatında qarşılıqlı əməkdaşlığın yeni imkanlarını öyrənir"
"Rusiya "3+3" platforması çərçivəsində region ölkələri ilə əməkdaşlığın möhkəmləndirilməsi imkanlarını araşdırır".
Oxu.Az xəbər verir ki, bunu Rusiya XİN-in rəsmi nümayəndəsi Maria Zaxarova dekabrın 4-də keçirdiyi brifinqdə "Report"un "3+3" platformasının regional təşkilata çevrilməsinin mümkünlüyünə dair sualını cavablandırarkən deyib.
Onun sözlərinə görə, bu məsələ "3+3" ölkələri XİN başçılarının oktyabrın 18-də İstanbulda baş tutan iclasında müzakirə olunub.
"Həmin iclasın nəticələrini nəzərə alaraq, hazırda bu formata sədrlik edən Türkiyə tərəfi digər iştirakçılarla məsləhətləşmə şəraitində lazımi işlər aparır. İndiki mərhələdə prosesin koordinasiyasını məhz Türkiyə həyata keçirir", - Zaxarova qeyd edib.
"Mariya Zaxarova" teqi üzrə xəbərlər
- "Ulduz müharibələri 2.0": Tramp kosmosu da fəth etməyi planlaşdırır
- Zaxarova: "Rusiya, Azərbaycan və İran "Şimal-Cənub" dəhlizini inkişaf etdirir"
- Zaxarova AZAL təyyarəsinin qəzası ilə bağlı saxta məktublar barədə Baku TV-nin sualını cavablandırıb
- Mariya Zaxarova: "Ermənistan Aİİ-dən çıxacağı təqdirdə ixracı 80% azalacaq"
- Mariya Zaxarova: "ATƏT-in Minsk qrupu və onunla bağlı institutlar ləğv edilməlidir"