Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Zaxarova Moskvada Heydər Əliyevin abidəsinin quraşdırılmasını mühüm mədəniyyət hadisəsi adlandırıb
"Azərbaycanın keçmiş prezidenti Heydər Əliyevin abidəsinin ucaldılması Moskva və Bakı üçün mühüm mədəni-humanitar hadisə olacaq".
Oxu.Az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib.
"Biz bu parlaq, qeyri-adi, istedadlı şəxsiyyətin və dövlət xadiminin xatirəsini qoruyub saxlayır və ona böyük sevgi və hörmətlə yanaşırıq", - deyə o bildirib.
Zaxarova, həmçinin xatırladıb ki, 2023-cü ildə Moskvada və Rusiyanın digər şəhərlərində Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə bağlı anım tədbirləri keçirilib.
"Mariya Zaxarova" teqi üzrə xəbərlər
- Rusiya XİN: "ATƏT-in Minsk Qrupu bərpa edilə bilməz"
- Zaxarova: "Makron reallıq hissini itirib"
- Zaxarova: "Rusiya XİN Bakı və İrəvan ilə məsləhətləşmələr aparmağa hazırdır"
- Zaxarova Valentina Matviyenkonun Bakıya səfərinin nəticələrindən danışıb
- Zaxarova: "ABŞ hərbi texnikasının Ermənistana köçürülməsi regionda sabitliyə zərbə vuracaq"
Ən çox oxunanlar