Rusiya Xarici İşlər Nazirliyi Azərbaycanla diplomatik əlaqələrinin qurulmasının 25 illiyi münasibəti ilə bir sıra tədbirlər keçirməyi planlaşdırır.
Oxu.Az Report-a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə bildirib.
“Yaxın zamanda saytda Rusiya-Azərbaycan münasibətlərinin vəziyyəti haqqında ətraflı məlumat dərc edəcəyik. Digər materiallar da hazırlanacaq. Bu tarixə xüsusi diqqət yetirəcəyik”, - deyə XİN-in mətbuat xidmətinin rəhbəri vurğulayıb.
N.О.