Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Zaxarova: "Rusiya Zəngəzur dəhlizi ilə bağlı İrana bütün izahatları verib"
"Rusiya Zəngəzur dəhlizi ilə bağlı İrana bütün lazımi izahatları verib".
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Mariya Zaxarova keçirdiyi brifinqdə "Report"un müxbirinin sualını cavablandırarkən bildirib.
"Biz tərəfdaşlarımızla təmasdayıq, bu, daimi təmaslardır. Biz bununla bağlı bütün lazımi izahatları vermişik və o mövqedən çıxış edirik ki, təqdim etdiyimiz arqumentasiya Tehranda dinlənilib və qəbul edilib", - deyə Zaxarova bildirib.
Onun sözlərinə görə, anti-Rusiya informasiya kampaniyası müəyyən dairələrdən ilhamlanıb:
"Moskva ilə Tehran arasında genişlənən strateji tərəfdaşlığa ixtilaf yaratmaq üçün istənilən, hətta ən gülünc fürsətdən istifadə edirlər. Bu, Qərbin maraqları naminə edilir".
"Mariya Zaxarova" teqi üzrə xəbərlər
- Zaxarova: "Aİ Cənubi Qafqaza hibrid müharibənin növbəti cəbhəsi kimi baxır"
- Zaxarova: "Minsk konfransının bütün strukturları buraxılmalıdır"
- Rusiya sərhədlərin delimitasiyası üzrə təcrübəsini Azərbaycan və Ermənistanla bölüşməyə hazırdır
- Zaxarova: "Ermənistanda Aİ missiyası ölkələrə qarşı işləyən monitorinq casuslarıdır"
- Zaxarova: "Rusiyaya "Taurus" zərbəsi Almaniyanın münaqişəyə birbaşa müdaxiləsi olacaq"