Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Zaxarova: "ŞƏT özünü nüfuzlu regional təşkilat kimi təsdiq edib"
"Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) özünü gündəliyindəki məqsəd və vəzifələri nəzərə alaraq, qlobal proyeksiyaya malik, nüfuzlu regional təşkilat kimi təsdiq edib. Onun potensialı durmadan artır - bu, danılmaz faktdır".
Oxu.Az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Baku TV-nin ŞƏT-in Astanada keçirilən sammitinin nəticələri ilə bağlı sualına cavabında deyib.
XİN rəsmisi xatırladıb ki, ŞƏT-in formalaşması Rusiya, Qazaxıstan, Çin, Qırğızıstan, Tacikistan və Özbəkistan arasında regionda təhlükəsizliyin və sabitliyin möhkəmləndirilməsi, səmərəli, qarşılıqlı və çoxtərəfli əməkdaşlıq üçün şəraitin yaradılması naminə baş verib.
Zaxarova xatırladıb ki, hazırda təşkilat 10 üzv dövləti, o cümlədən Belarusu birləşdirir. Minks iyulun 4-də Astanada bu statusu alıb.
"Həmçinin ŞƏT-in 14 dialoq tərəfdaşı, eləcə də iki müşahidəçisi var", - deyə o qeyd edib.
Daha ətraflı videomaterialda:

"Mariya Zaxarova" teqi üzrə xəbərlər
- Zaxarova: "AZAL təyyarəsinin faciəsi səbəbindən iki ölkənin arasını vurmaq cəhdləri uğursuz olacaq"
- Zaxarova: "Üçtərəfli işçi qrupunun fəaliyyəti Ermənistana görə dondurulub"
- "Ulduz müharibələri 2.0": Tramp kosmosu da fəth etməyi planlaşdırır
- Zaxarova: "Rusiya, Azərbaycan və İran "Şimal-Cənub" dəhlizini inkişaf etdirir"
- Zaxarova AZAL təyyarəsinin qəzası ilə bağlı saxta məktublar barədə Baku TV-nin sualını cavablandırıb