Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Zəngilan və Qubadlıda prezident seçkisi üzrə səsvermə başlayıb
İşğaldan azad olunan Zəngilan və Qubadlı rayonlarında növbədənkənar prezidenti seçkisi üzrə səsvermə başlayıb.
“Report”un Qarabağ bürosunun Zəngilana ezam olunan əməkdaşının verdiyi xəbərə görə, qeydiyyata alınan seçicilər 125 saylı Zəngilan-Qubadlı seçki dairəsi nəzdində yaradılan dörd məntəqədə səsvermədə iştirak edəcəklər. Məntəqələrdən üçü Zəngilan, biri isə Qubadlı rayonu ərazisində yaradılıb.
Zəngilan və Qubadlı rayonlarının işğaldan azad edilən ərazilərində ümumilikdə 2 919 seçici qeydiyyata alınıb.
Səsvermə məntəqələri bütün ləvazimatlarla təchiz edilib. Burada səsvermə kabinəsi quraşdırılıb, məntəqə üzvləri, müşahidəçilər üçün yerlər ayrılıb. Səsvermə otağına səsvermə qutuları, stol, yazı ləvazimatı və gizli səsvermə üçün lazım olan digər zəruri əşyalar qoyulub. Seçki günü səhhətində problem olduğuna görə məntəqəyə gələ bilməyən seçicilərin səsverməsini təşkil etmək üçün səyyar seçki qutusu ayrılıb.
Zəngilan rayonu Ağalı kəndində yaradılan 33 saylı məntəqə üzrə 971 nəfər, Alıbəyli kəndində “DOST” Aqroparkın binasında yaradılan 61 saylı məntəqə üzrə 615 nəfər, Ağbənd qəsəbəsində “KALYON” şirkətinin inzibati binasında yaradılan 62 saylı məntəqə üzrə 561 nəfər, Qubadlı rayonu Xanlıq kəndində “POLATYOL” şirkətinin inzibati binasında yaradılan 63 saylı məntəqə üzrə isə 1 387 nəfər səsvermə hüququndan istifadə edə biləcəklər.
Bu gün Azərbaycanda növbədənkənar prezident seçkisi keçirilir. Seçkidə hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev, namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev və namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev mübarizə aparırlar.
"DOST (Dayanıqlı vә Operativ Sosial Tәminat Agentliyi)" teqi üzrə xəbərlər
- Naxçıvanda DOST Mərkəzinin açılışı bu ilin ilk yarısına nəzərdə tutulub
- DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi COP29-da
- Daha bir qrup işəgötürən üçün "DOST Müfəttiş" layihəsinə dair təqdimat olub
- DOST məkəzində həssas qruplara aid 160-dək benefisiar təlimlərdən yararlanır
- Dillərə dastan olan İsa bulağı