Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Ziroatxon Mirziyoyeva Mehriban Əliyevanı təbrik edib
Özbəkistan Respublikasının birinci xanımı Ziroatxon Mirziyoyeva Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanı Ramazan bayramı münasibətilə təbrik edib.
Oxu.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Z.Mirziyoyevanın məktubunda qeyd olunub:
"Möhtərəm xanım, Zati-aliləri.
Bütün müsəlman ümmətinin böyük sevinc və şadlıqla qarşıladığı mübarək Ramazan bayramı münasibətilə Sizi səmimi-qəlbdən təbrik edir, ən xoş arzularımı və dərin ehtiramımı çatdırmaqdan böyük məmnunluq duyuram.
Uca Allah bütün dualarınızı, arzularınızı, ehsanlarınızı və xeyirxah əməllərinizi qəbul etsin, qardaş xalqlarımız arasındakı əzəli dostluq və mehribanlıq telləri daha da möhkəmlənsin.
Möhtərəm zanım, Zati-aliləri, qəlblərimizin mübarək Ramazan ayının nur və bərəkətindən işıqlandığı bu əlamətdar bayram günündə Sizə möhkəm cansağlığı, ailə səadəti, ocağınıza bərəkət və bolluq arzulayıram".
"Mehriban Əliyeva" teqi üzrə xəbərlər
- Prezident "Qarabağ" mahnısını ifa etdi
- Mehriban Əliyeva İlham Əliyevlə Ağdama səfərindən görüntülər paylaşıb
- İlham Əliyev və Mehriban Əliyeva Ağdam Muğam Mərkəzinin açılışında iştirak ediblər
- İlham Əliyevin sosial şəbəkə hesablarında Ağdam Muğam Mərkəzinin açılışından görüntülər paylaşılıb
- Mehriban Əliyeva Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar paylaşım edib