Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Tailandda zəlzələ nəticəsində ölənlərin sayı artdı
Banqkokdakı zəlzələ nəticəsində ölənlərin sayı 13 nəfərə çatıb.
Oxu.Az bu barədə "Thairath" qəzetinə istinadla xəbər verir.
Bildirilir ki, bundan başqa 10 nəfər yaralanıb, azı 118 nəfər itkin düşmüş hesab olunur.
Məlumata görə, ölənlərin çoxu (8 nəfər) - Banqkokun şimalında Baş Auditor İdarəsinin tikilməkdə olan binasının çökməsi nəticəsində həlak olub. Hazırda orada axtarış-xilasetmə əməliyyatı davam edir.
Başqa tikinti obyektində daha bir inşaatçı, Myanma vətəndaşı həlak olub. Digər ölüm halları hündürlükdən yıxılma və yanğın nərdivanı ilə təxliyə ilə bağlıdır.
"Banqkok" teqi üzrə xəbərlər
- Myanma zəlzələsi Yaponiyada daha böyük miqyasda təkrarlana bilər: Alimlər həyəcan təbili çalırlar
- Banqkokda dövlət qurumlarının əməkdaşları təxliyə edildilər
- Banqkokda körpü tikintisi zamanı FACİƏ: Onlarla ölən və yaralanan var
- 25 il yollarda: Britaniyalı kişi Tailandda rekord qırdı və həbs edildi
- Tailand hakimiyyəti vətəndaşlara pul paylamağa başladı
Ən çox oxunanlar