15 
Dek
2017
14:19
13
189
2526
Virtual karabakh

Səhiyyə Nazirliyi dərmandan zəhərlənmələrin səbəbini açıqladı

15 Dek, 2017
14:19
2526

Səhiyyə Nazirliyi dərmandan zəhərlənmələrin səbəbini açıqladı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“2016-cı illə müqayisədə bu il dəm qazından zəhərlənmələr azalıb”.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin baş toksikoloqu Azər Maqsudov deyib.

O bildirib ki, əgər 2016-cı ildə 455 nəfər dəm qazından zəhərlənmə diaqnozu ilə qəbul edilmişdisə, 2017-ci ildə bu rəqəm 207 nəfər təşkil edib: “Bu il dəm qazından zəhərlənmə ilə bağlı daxil olan xəstələrdən 1 nəfəri ölüb”.

 A. Maqsudov qeyd edib ki, dərman preparatlarından zəhərlənmə ilə bağlı 1100 müraciət daxil olub və onlardan 602 nəfəri Klinik Tibbi Mərkəzin Toksikologiya Şöbəsinə qəbul olunub: “Həkim təyinatı olmadan qəbul edilən dərman preparatları, yüksək doza və ard-arda qəbul edilən dərmanlar zəhərlənmələrə səbəb olur və nəticədə ağır zəhərlənmə halları baş verir. Xəstələrə həkim müayinəsi olmadan və resept təyin edilmədən dərman qəbul etməyi məsləhət görmürük”.

A.H.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri